...

Paris ABŞ və Avstraliyadan səfirlərini geri çağırır

Siyasət Materials 18 Sentyabr 2021 00:03 (UTC +04:00)
Paris ABŞ və Avstraliyadan səfirlərini geri çağırır

Bakı. Trend:

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik qurum səfirlərinin geri çağırılmasını ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla izah edir.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti