...

Paşinyan Ərdoğandan gizli görüş keçirilməsini istəyib

Siyasət Materials 19 Sentyabr 2021 14:15 (UTC +04:00)
Paşinyan Ərdoğandan gizli görüş keçirilməsini istəyib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gizli görüş keçirilməsini istəyib.

Trend-in məlumatına görə, bunu T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında deyib.

T.Ərdoğan bildirib: "Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti