Ombudsman Vətən Müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat verib

Ombudsman Vətən Müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat verib

Bakı. Humay Ağacanova -Trend:

Ombudsman Səbinə Əliyeva Vətən Müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda deyilir: "27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində çoxsaylı günahsız mülki insanlar qətlə yetirildi. 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutuldu. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər də uzaq mənzilli raketlərin, ağır artilleriya silahlarının atəşinə məruz qaldı. Paytaxt Bakı şəhəri də Ermənistanın raket hücumlarının hədəfi idi.

Müharibə cinayətlərini davam etdirən Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi ki, nəticədə 11-i uşaq olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi, 450 nəfərdən çox soydaşımız yaralandı. Ağır artileriya atəşi nəticəsində Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası dağıdıldı və ya bu hərbi təcavüzdən ciddi ziyan çəkdi”.

Bəyanatda daha sonra qeyd edilir ki, beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı şəhər və rayonları, region üçün stateji əhəmiyyətli Mingəçevir su anbarını, elektrik stansiyası, boru kəmərini və digər obyektləri ağır artileriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması, müharibə cinayətini törətmiş Ermənistanın beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut etdi: “Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən törədilmiş kütləvi yanğınlar, ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalıb, müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb, ekosid cinayəti törədilib. Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən işğal dövründə kənd və şəhərlər dağıdılmaqla yanaşı, mədəni irs nümunələri məhv edilib. İşğal dövründə ərazilərimizə yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular isə 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 140-dan çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Ermənistanın hərbi təcavüzü nəticəsində vaxtilə işğal olunmuş bu ərazilərə basdırılan minaların xəritələrinin tam açıqlanmasından imtina edilməsi, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir. Bununla da Ermənistan, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizliyi davam etdirir.

Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə cinayətləri ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsmanlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, sülh naminə birgə səylər göstərməyə və qlobal həmrəyliyə çağırıram”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib".

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
Gürcüstanda Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Bütün xəbərlər