...

Prezident İlham Əliyev: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır

Siyasət Materials 28 Sentyabr 2021 20:09 (UTC +04:00)
Prezident İlham Əliyev: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır

Bakı. Trend:

“Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Əvvəlcə deyim ki, biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti