...

Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyasət Materials 30 Sentyabr 2021 14:14 (UTC +04:00)
Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti