...

Ceyhun Bayramov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Oktyabr 2021 22:35 (UTC +04:00)

Bakı. Trend:

11 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.

Milorad Dodik COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.

Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti