...

Ermənilər tarixən terrorizmə dəstək verməklə məşğul olub - Şair Ramaldanov

Siyasət Materials 15 Oktyabr 2021 13:00 (UTC +04:00)
Ermənilər tarixən terrorizmə dəstək verməklə məşğul olub - Şair Ramaldanov

Bakı. Fərid Zöhrabov - Trend:

Bu gün düşmənin silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirən mülki əhalini qəsdən ağır artilleriyadan intensiv atəşə tutmasından bir il keçir. İkinci Qarabağ savaşında ermənilərin mülki insanlara qarşı vəhşiliklərinin şahidi olduq. Müharibə yalnız iki dövlətin orduları arasında getməlidir.

Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, müharibə zamanı döyüş meydanında uduzan və qaçan düşmən bizim dinc əhalini atəşə tutmağa başladı: "Düşmən o qədər azğın və qəddardır ki, qəbirsanlıqda dəfn zamanı ordakı dinc əhalini atəşə tutdu. Bu insaniyyətə sığmayan bir haldır. Bununla düşmən bir daha göstərdi ki, öz mənfur xislətində əl çəkmək niyyətində deyil. Ermənilərin dinc əhalini atəşə tutması göstərir ki, onlar heç bir prinsiplərə əməl etmir. Dünyada bir çox ölkələr, qurumlar Xocalı soyqırımına səssiz qaldığı kimi bu vəhşiliyə də səssiz qaldı. Belə səssizliyin nəticəsidə Xocalı, Gəncə, Tərtər kimi hadisələr baş verir.

Ermənilər tarixən terrorizmə dəstək verməklə məşğuldur. Dünyada baş verən bütün çirkin işlərdə ermənin əlinin olduğunu görürük. Ermənistan elə bir dövlətdir ki, onun silahlı qüvvələri olmamalıdır. Ona görə ki, onların əlinə silah düşəndə həmin silahları məhz bizim dinc əhalimizə qarşı yönəldirlər. Biz ölkə olaraq bunu sülh və müharibə dövründə də gördük."

Qeyd edək ki, keçən il oktyabr ayının 15-i Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı ağır artilleriyadan atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti