Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)

Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yunanıstanın paytaxtı Afina şəhərində Parlament Sədrlərinin Avropa Konfransında iştirak edib.

Parlamentdən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də konfransın açılış mərasimi keçirilib. Milli Məclisin sədri "Demokratiya "COVİD-19" pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə: təcrübə mübadiləsi, növbəti addımlar" mövzusunda keçirilən müzakirələrdə çıxış edib. İki ilə yaxındır ki, bəşəriyyətin öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə şəraitində yaşadığını bildirən spiker əminliyini bildirib ki, bu gün "COVID-19" pandemiyası ilə mübarizədə dövlətlər arasında əməkdaşlığa hər zaman olduğundan daha çox ehtiyac var. Peyvəndlər də daxil olmaqla, müalicə üsullarının inkişafındakı böyük elmi nailiyyətlərə baxmayaraq, pandemiya təxminən 5 milyona yaxın insanın ölümünə səbəb olub və "COVİD-19" pandemiyası bu gün də davam edir. Bu pandemiya dünyada yoxsulluğu daha da dərinləşdirib və cəmiyyətlərin həssas təbəqələrinin vəziyyəti daha da ağırlaşıb.

Spiker S.Qafarova böhranın sonrakı təsirlərinin bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, çətinliklə qazanılan inkişaf meyllərinə mənfi təsir edəcəyi, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda irəliləməyə mane olacağı ilə bağlı narahatlığını ifadə edib.

Çıxışında S.Qafarova Azərbaycan dövlətinin COVİD-19 infeksiyasının ölkəmizdə aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə sahəsində fəaliyyətin bir mərkəzdən idarə edilməsi məqsədi ilə Prezidentin Fərmanı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkənin bütün ərazisində karantin rejimi tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, tədris müəssisələrində dərslər təxirə salınıb, iri ticarət mərkəzlərinin, idman obyektlərinin, əyləncə yerlərinin fəaliyyəti dayandırılıb, ictimai iaşə müəssisələrinin iş vaxtı dəyişdirilib, digər zəruri tədbirlər görülüb.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışaraq bildirib ki, Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib. S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib: “2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsini təklif edib, həmin təşəbbüs 150-dən çox dövlət tərəfindən dəstəklənib və ötən ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının "COVID-19" ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutub”.

Spiker qeyd edib ki, qlobal səhiyyə böhranı zamanı "peyvənd millətçiliyi" ciddi narahatlıq doğurur: “Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

S.Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır:

“Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır. Bu problemi həll etmək üçün Azərbaycan Qoşulmama Hərəkatı adından Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında bütün ölkələr üçün vaksinlərə ədalətli və universal çıxışın təmin edilməsi haqqında qətnamə təşəbbüsü ilə çıxış edib və bu qərar yekdilliklə təsdiq edilib. Biz hər fürsətdən istifadə edib pandemiya ilə mübarizədə ehtiyacı olan ölkələrə beynəlxalq donor təşkilatları da daxil olmaqla inkişaf etmiş ölkələrin dəstək göstərməsi ilə bağlı çağırış edirik”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.

Nağdsız ödənişlərin hansı faydaları var?
Nağdsız ödənişlərin hansı faydaları var?
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan Burkina-Faso və Toqoya 100 min ədəd peyvənd göndərib
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Azərbaycan XİN rəhbərinin müavini IFRC Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ərdoğan Qətərə səfərə gəlib
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli
Nağdsız ödənişlərin hansı faydaları var?
Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi
Prezident İlham Əliyev - Ermənistana: Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq (VİDEO)
Prezident İlham Əliyev: Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər (VİDEO)
Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib
Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub
Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Müdafiə nazirinin müavini Moskvaya yola düşüb
Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb
Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşüb (FOTO)
Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)
Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO/VİDEO)
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Britaniyada ən populyar oğlan adı Məhəmməd olub
Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)
DİN və prokurorluq adından istifadə edən dələduza hökm oxundu
İndoneziyada vulkan nəticəsində ölənlərin sayı 22-yə çatdı
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Baş Prokurorluqda amnistiya qərarına dair brifinq keçirilib
Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ərazisinin yarıdan çoxu minalardan təmizlənib
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb
Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Azərbaycanın qeyri-neft ixracı 44% artıb
Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir
Avstriyanın yeni kansleri and içib
EKVİTA-nın dəstəyi ilə Agro Dairy Azərbaycanın aqrar sektorunda ilk ISO 37001 sertifikatlı şirkəti oldu
Narkotiklə tutulan şəxslərin digər cinayət əməllərinin də üstü açıldı (FOTO)
İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
AccessBank-dan illik 11%-dək qazandıran depozit
"Imperial Springs" Beynəlxalq Forumunda Çin Xalq Respublikasının Sədri açılış nitqi söyləyib (FOTO)
Xaricdən işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir?
Rusiyaya daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib
Ölkəmizə idxal edilən bibər məhsullarında virus aşkarlanıb
“Qanlıgöl”də vətəndaşların alçaldıcı videolarını çəkən dəstə üzvləri həbs edilib (FOTO/VİDEO)
Rusiyada iki nəfərdə "omikron" ştammı qeydə alınıb
Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı
Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır - Baş Prokurorluq
İranda daha 77 nəfər koronavirusdan ölüb
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb
Azərbaycanda son amnistiyaya düşən xarici vətəndaşların sayı açıqlanıb
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)
Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib
Könüllülər Forumu başlayıb (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada Heydər Əliyev Fondu tərəfindən inşa edilən 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Quba ABAD Factory” müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər (FOTO/VİDEO)
UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub (FOTO)
Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlanıb
Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)
Rusiyada "delta" ştammının unikal variantı tapılıb
Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu (VİDEO)
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI
Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
Bütün xəbərlər