...

Ərdoğan və Bayden Cənubi Qafqazı müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 31 Oktyabr 2021 14:35 (UTC +04:00)
Ərdoğan və Bayden Cənubi Qafqazı müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş keçirilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb və təxminən 1 saat 10 dəqiqə davam edib. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Danışıqların yekunları üzrə məlum olub ki, liderlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər.

Görüş zamanı dövlət başçıları ikitərəfli ticarətin həcminin artırılması üçün ümumi perspektivə uyğun olaraq atılacaq addımları müzakirə ediblər.

T.Ərdoğan və C.Bayden NATO ilə müttəfiqlik və strateji tərəfdaşlığı xüsusi vurğulayıblar, həmçinin iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnun olduqlarını bildiriblər.

Eyni zamanda Ağ Evdən bildirilib ki, iki ölkə lideri Cənubi Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.

XXX

13:30

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edir.

Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti