...

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür

Siyasət Materials 4 Noyabr 2021 10:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür

Bakı. Trend:

Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.

Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti