...

Azərbaycan kimi tərəfdaşımız olmasaydı, qaz təchizatı bizim üçün çətin olardı - Gürcüstan təmsilçisi

Siyasət Materials 6 Noyabr 2021 13:46 (UTC +04:00)
Azərbaycan kimi tərəfdaşımız olmasaydı, qaz təchizatı bizim üçün çətin olardı - Gürcüstan təmsilçisi

Bakı. Elçin Mehdiyev – Trend:

Əgər Azərbaycan kimi uzunmüddətli tərəfdaşımız olmasaydı, qaz təchizatı bizim üçün çətin olardı.

Trend-in məlumatına görə, bunu Gürcüstanın keçmiş baş nazirinin müavini Eka Tkeşelaşvili Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.

O bildirib ki, enerji təchizatında müstəqillik əldə etməliyik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti