...

Azərbaycan pandemiya ilə mübarizə üçün zəruri vasitələri vaxtlı-vaxtında təmin edə bildi - Gennadi Burbulis

Siyasət Materials 6 Noyabr 2021 17:05 (UTC +04:00)
Azərbaycan pandemiya ilə mübarizə üçün zəruri vasitələri vaxtlı-vaxtında təmin edə bildi - Gennadi Burbulis

Bakı. Trend:

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə üçün zəruri vasitələri vaxtlı-vaxtına təmin edə bildi.

Trend-in məlumatına görə, bunu Rusiyanın sabiq dövlət katibi və baş nazirin birinci müavini Gennadi Burbulis VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qərbi Balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda doqquzuncu panel iclası zamanı deyib.

O bildirib ki, Azərbaycan rəhbərliyi bu istiqamətdə vacib addımlar atır: "Ümid edirik ki, biz arzuladığımız və ehtiyac duyduğumuz hədəflərə çatacağıq".

G.Burbulis bildirib ki, bugünkü forum bir sıra ölkələrin tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir: "Mənim üçün Bakı forumunda iştirak etmək fərdi motivasiyadır. Ümumilikdə, biz bütün dünyada əks perspektivləri görürük: özünütəcrid, eqoizm. Bu gün bir çox ölkələr bir-biriləri ilə əməkdaşlıq etmək istəmir".

O əlavə edib ki, 2020-ci il bütün ölkələrin sistemləri üçün fövqəladə sınaqlar ili oldu: "Biz onlarla amillə üzləşdik, amma bu sınaqlara tam hazır olan bir ölkə də görmədik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti