...

Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel keçirilib (FOTO)

Siyasət Materials 7 Noyabr 2021 16:42 (UTC +04:00)
Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel keçirilib (FOTO)

Şuşa. Trend:

Noyabrın 7-də VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib.

Trend-in məlumatına görə, iclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.

İ.Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib.

O bildirib ki, ətraf mühitin və biomüxtəlifliyin qorunması kimi, mədəni irsin bərpası və qorunmasına qoyulan sərmayələr də böyük dəyərə malikdir.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Bu gün isə VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyəti Şuşaya səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti