...

Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub

Siyasət Materials 8 Noyabr 2021 23:13 (UTC +04:00)
Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub

Bakı. Trend:

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

XİN-nin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti