...

Bolqarıstanda prezident və növbədənkənar parlament seçkiləri başlayıb

Siyasət Materials 14 Noyabr 2021 09:28 (UTC +04:00)
Bolqarıstanda prezident və növbədənkənar parlament seçkiləri başlayıb

Вakı. Trend:

Bolqarıstanda bu gün prezident və Milli Assambleyaya (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

Trend xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılıb, onlardan 9 399-da səsvermə xüsusi maşınlar vasitəsilə aparılacaq, dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədə seçki hüquqlu 6,7 milyon vətəndaş var.

Növbədənkənar parlament seçkilərində 20 partiya və 7 koalisiyanın nümayəndəsi iştirak edir. 240 yer üçün 5 mindən çox namizəd iddialıdır. Ekspertlərin fikrincə, səsvermədə 3,3 milyona yaxın seçici iştirak edəcək.

Prezidentlik uğrunda 23 namizəd mübarizə aparır.

Seçkilərin gedişini 4 minə yaxın müşahidəçi izləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti