Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov

Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan-Rusiya münasibətləri strateji müstəvidə kifayət qədər müsbət tendensiya ilə inkişaf etməkdədir. 2021-ci il ərzində ölkələrimiz arasında ən müxtəlif səviyyələrdə olduqca fəal və məhsuldar dialoqlar, müzakirələr aparılıb. Məhz bu dialoqlar sayəsində ikitərəfli formatda bir çox vacib məsələlər öz həllini tapıb. ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq Rusiya istər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına başlanması, istər sərhədlərin delimitasiyası, istərsə də nəqliyyat dəhlizlərinin açılması kimi məsələlərdə daha fəal və təşəbbüskar mövqe sərgiləməkdədir. Məhz bütün bu amillər noyabrın 26-da üçtərəfli formatda keçirilmiş Soçi görüşünün effektivliyində əhəmiyyətli rol oynamışdır.

Bu sözləri yap.org.az. saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili belə bir məqamı da vurğulayıb ki, Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatdığı gündən keçən müddət ərzində Rusiya sülhməramlılarının öz vəzifələrini məsuliyyətlə icra etmələri də Soçi görüşünün səmərəliliyinə müsbət təsir göstərən amillərdəndir: “Bu məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra ötən bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında, demək olar, ciddi insidentlər baş verməyib. “

K.Qafarovun fikrincə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya edilməsi, sülh danışıqlarına başlanması kimi məsələlər Soçi görüşündə müzakirə olunan əsas mövzular olmaqla, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırılan istiqamətində atılacaq ən vacib və zəruri addımlardır: “Məlumdur ki, bu gün hələ də Ermənistan ilə Azərbaycan arasında sərhədlər delimitasiya edilməyib. Bu isə regionda sülhün və sabitliyin davamlılığını risk altına atan əsas amildir. Azərbaycan hər zaman öz mövqeyini birmənalı olaraq ortaya qoyaraq bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə dəfələrlə açıq şəkildə təklif olunub ki, qarşıdurmaya son qoysun, ölkələr bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanısın və gələcəkdə qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlasın. Azərbaycan-Ermənistan dövlət sərhəddində baş vermiş toqquşmalar da göstərir ki, risklərə nəzarət etmək, onları minimallaşdırmaq üçün yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəni aparmaq zəruridir.”

Millət vəkili noyabrın 26-da Rusiyanın Soçi şəhərində imzalanmış üçtərəfli Bəyanatın Azərbaycanın maraqlarına tam cavab verdiyini və bu mühüm sənədin diplomatiyamızın növbəti uğuru olduğunu vurğulayaraq deyib: “Birmənalı olaraq demək lazımdır ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və bu qələbənin müəllifi Ölkə Prezidenti cənab İlham Əliyevdir. Bu Bəyanat Azərbaycanın maraqlarına bütünlüklə cavab verir. Bununla belə bir maraqlı məqamı da qeyd etmək yerinə düşər ki, Soçi görüşü eyni zamanda rəsmi İrəvanın etibarsız tərəfdaş olması faktını bir daha tam çılpaqlığı ilə ortaya qoydu. Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Paşinyanın Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.

Azərbaycana gəlincə isə, ilk növbədə, 26 noyabr Bəyanatında hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyinin təsdiqi öz əksini tapıb. Sənəddə Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur, sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanılması ilə bağlı qərarlar qəbul olunub. Bəyanatı imzalayan ölkələr bir daha Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar yarandı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər bunu deməyə əsas verir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Prezidentinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlanması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin yer alması da Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımların atılmasından xəbər verir. Beləliklə, Azərbaycan son bir ildə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması istiqamətində bütün zəruri addımları atacaq.”

Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)
FHN Bakıda intihara cəhdin qarşısını alıb
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Loading Bars
Xəbər lenti
Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 710 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
“Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin iclası keçirilib (FOTO)
Küləkli hava nə vaxta qədər davam edəcək?
Sabah gecədən hava yenidən pisləşəcək: qar, külək olacaq - XƏBƏRDARLIQ
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - Rauf Əliyev
Saatlıda ev yanıb
Bakının mərkəzində minik avtomobili yanıb
Dövlət başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur - Vüsal Quliyev
Rusiyada son sutkada 27 mindən çox şəxs koronavirusa yoluxub
Keçən il sosial müavinət və təqaüd ödənilən şəxslərin sayı açıqlanıb
Bazar günü hava necə olacaq?
Zelenski BSU-nun əməkdaşını medalla təltif edib
Bakıda anbarda baş verən yanğın söndürülüb
Bütün xəbərlər