...

Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər

Siyasət Materials 2 Dekabr 2021 04:51 (UTC +04:00)
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Latviyanın Riqa şəhərində keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, diplomatlar görüş zamanı Efiopiyadakı böhranı və Qara dəniz regionunda sabitliyin qorunması üçün birgə səyləri müzakirə ediblər:

"Onlar həmçinin Ermənistan və Azərbaycan, o cümlədən Əfqanıstandakı vəziyyəti müzakirə ediblər".

N.Prays əlavə edib ki, müzakirə ABŞ Prezidenti Cozef Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçən ay Romada ikitərəfli əməkdaşlıq, demokratiya və insan haqları ilə bağlı danışıqlar əsasında aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti