...

Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev

Siyasət Materials 2 Dekabr 2021 12:34 (UTC +04:00)
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev

Bakı. Trend:

Gələcəyə baxarkən biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin ümumi dil tapa bilməsi imkanlarını görürürük.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti