...

Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli

Siyasət Materials 6 Dekabr 2021 20:53 (UTC +04:00)
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli

Bakı. Trend:

Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, hətta ən ucqar kəndlərdə yaşayan insanların layiqli həyat şəraitinin təmin edilməsinə yönəlib. Prezident və ailə üzvlərinin bu gün Quba rayonuna səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini Sahil Kərimli bildirib.

S.Kərimli əlavə edib ki, dövlət başçısının Qubaya səfəri regionların inikişafına növbəti töhfədir: "Məlumdur ki, son bir ildə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirir. İqtisadi imkanlarımız Qarabağın yenidən qurulmasına yönəldilib. Digər tərəfdən, pandemiya dövrünün müəyyən iqtisadi çətinlikləri var. Lakin bütün bunlara baxmayaraq, ölkəmizin digər bölgələri də unudulmur, regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Bir sözlə, heç bir layihə təxirə salınmır. Bu isə bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır".

S.Kərimli qeyd edib ki, bu səfərlər, həmçinin bölgələrin sosial-iqtisdai inkişafına da təkan verir: "Qubaya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra istehsal müəssisələrini istifadəyə veriblər. Şübhəsiz ki, bu obyektlərin işə başlaması qeyri-neft sektorunun daha da inkişafına zəmin yaradacaq. Digər tərəfədən, regionlarda yaşayan insanlar iş yerləri ilə təmin ediləcək. Prezident və ailə üzvlərinin səfər zamanı yerli sakinlərlə görüşü, onlarla səmimi söhbətləri, qayğıları ilə şəxsən maraqlanmaları da dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu göstərir. Bölgələrdəki bu quruculluq işlərinə Heydər Əliyev Fondunun da dəstəyi və yaxından iştirakı təqdirəlayiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti