...

Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov

Siyasət Materials 8 Dekabr 2021 11:38 (UTC +04:00)
Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov

Bakı. Çingiz Səfərli -Trend:

Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinqdə deyib.

Nazir müavini bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin 6 əsas qurumundan biridir. Onun sözlərinə görə, əvvəlki illərin presedentləri göstərir ki, dövlətlər üzərində məhkəmə qərarlarının yerinə yetirilməsi üzrə ciddi təzyiqlər olur.

"Ədalət Məhkəməsi üçün qərarın icra olunması prinsipial məsələdir. Yeni mexanizm yaradılıb. Qərarlarla bağlı 3 hakimdən ibarət komitə formalaşdırılıb. Qərarlar icra olunmadığı təqdirdə məhkəmə sədrinə məlumat verilir. Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın. Ermənistanda türkfobiya, azərbaycanfobiya var. Bu məsələ gələcək nəsillər üçün önəmli məsələdir. Hesab edirik ki, konvensiya çərçivəsində əldə edilən ən böyük uğurlardan biri budur", - deyə E.Məmmədov əlavə edib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti