...

Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan

Siyasət 23 Yanvar 2022 01:33 (UTC +04:00)
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan

Bakı. Trend:

Türkiyə Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün səylərini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti