...

Zelenski amerikalı həmkarı ilə müzakirələr aparıb

Siyasət Materials 22 Fevral 2022 00:10 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə müzakirələr apardığını bildirib.

Trend xəbər verir ki, ukraynalı lider bunu öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Co Bayden ilə son saatlarda baş verən hadisələri müzakirə etdik. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına başlayırıq. Həmçinin Boris Consonla danışıqlarımız planlaşdırılır", - V. Zelenski qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti