...

Prezident İlham Əliyev: Əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün möhkəmləndirilməsi işinə bundan sonra da həlledici töhfə verəcəklər

Siyasət Materials 22 Fevral 2022 21:20 (UTC +04:00)

Bakı. Trend:

Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.

Trend-in məlumatına görə, bunu fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib:

"Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.

Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib Rusiyanın dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti