...

Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Siyasət Materials 23 Fevral 2022 21:00 (UTC +04:00)
Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Bakı. Trend:

Xəbər verildiyi kimi, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in qərargahında keçirilən "Sülh və ədalət" mövzusunda beynəlxalq tədbirdə "Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi"nin sədri Giorgiy Tatar tərəfindən "Barışıq üçün etiraf et" təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.

Trend-in məlumatına görə, sözügedən tədbirin aparıcısı qismində çıxış edən "Srebrenisa Anım Mərkəzi Muzeyinin" direktor müavini Amra Beqiç tədbirin sonunda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırdı. Xocalı cinayətinin Srebrenisada törədilən soyqırımı ilə bir çox eyniliklərin olduğunu qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan etdi.

Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını qeyd etdi.

Bu məqsədlə o, bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə, Ermənistan baş naziri N.Paşinyana və sıravi ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif etdi.

"Bu çağırışlarda yazacağınız cəmi üç söz - "Xocalı: Barışıq üçün etiraf et" (Khojaly: RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır", - deyə ictimai xadim vurğuladı.

Qeyd edək ki, Amra Beqiç özü Srebrenisa soyqırımı zamanı ailəsini itirmişdir, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Srebrenisa Memorial Kompleksində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti