...

Britaniya Şimali Avropa sammitinə ev sahibliyi edəcək

Siyasət Materials 13 Mart 2022 03:28 (UTC +04:00)
Britaniya Şimali Avropa sammitinə ev sahibliyi edəcək

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson martın 14-15-də Birgə Ekspedisiya Qüvvələrini təşkil edən doqquz Şimali Avropa ölkəsi ilə ümumi təhlükəsizlik təhdidlərini müzakirə etmək üçün sammit keçirəcək.

Trend xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanasının yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, tərəflər tərəflər "Ukrayna böhranı", eləcə də uzunmüddətli enerji təhlükəsizliyi və Ukraynanın hazırki vəziyyətdən sonra bərpasına kömək yollarını müzakirə edəcəklər. Bundan əlavə, kibertəhlükəsizlik və təhdidlərə cavab məsələsinin gündəmə gətirilməsi planlaşdırılır.

Martın 14-də baş nazir Şimali Avropa ölkələrinin liderləri üçün şam yeməyi verəcək, ertəsi gün isə dövlət başçıları Londonda sammit keçirəcək. Eyni zamanda, martın 14-15-də Britaniya hökuməti başçısının Latviya, Finlandiya və İsveçin baş nazirləri ilə ayrıca görüşləri də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti