Bakı. Trend:
Baş nazir Əli Əsədov İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.
Trend xəbər verir ki, Qərarla “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılsın.
- “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki,
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170
nömrəli Fərmanının müvafiq olaraq
7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma
işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay
müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə təhvil versinlər.
***
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqətireyestri haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “İşğaldan azad olunmuş ərazilərdə tikililərin
müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası
Prezidentinin
2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.2-ci
bəndinin icrasını
təmin etmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Əsasnamə işğaldan azad olunmuş ərazilərdə tikililərin
mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər
barədə
məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi
sahəsində
dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş
fəaliyyətinin təmin
edilməsi məqsədilə yaradılan tikililərin müvəqqəti reyestri (bundan
sonra –
Reyestr) ilə bağlı məsələləri tənzimləyir.
1.3. Reyestrdə müvafiq tikililərin mövcud vəziyyəti (o cümlədən
tikilinin istismarına icazə), həmin tikililərdə baş verən
dəyişikliklər (məsələn,
yenidənqurma, bərpa, təmir işləri), həmçinin həmin tikililərin
sökülməsi
barədə məlumatlar əks olunur.
1.4. Reyestrin tərtib edilməsi və aparılması Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
tərəfindən
(bundan sonra – qeydiyyat orqanı) dövlət büdcəsinin vəsaiti
hesabına
həyata keçirilir.
1.5. Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış
informasiya
resursu vasitəsilə aparılır. Reyestr və müvafiq informasiya
resursu
Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. Reyestr Azərbaycan Respublikasının dövlət dilində
aparılır.
2. Reyestrin strukturu
2.1. Reyestrin strukturu aşağıdakı bölmələrdən ibarətdir:
2.1.1. 1-ci bölmə - ilkin inventarlaşdırma işlərinin aparılması
anında
tikililərin vəziyyəti;
2.1.2. 2-ci bölmə - tikililərdə dəyişikliklər (məsələn,
yenidənqurma,
bərpa, təmir işləri), həmçinin söküntü niyyəti barədə
məlumatlar;
2.1.3. 3-cü bölmə - fərdi yaşayış evlərinə münasibətdə müvafiq
dəyişikliklər və söküntü barədə məlumat, digər tikinti
obyektlərinə
münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntü
barədə
məlumatlar.
2.2. Reyestrin 1-ci bölməsinə aşağıdakı məlumatlar daxil
edilir:
2.2.1. tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər,
kənd,
qəsəbə);
2.2.2. tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası,
yaşayış
binası və s.);
2.2.3. tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal,
xidmət,
abidə və s.);
2.2.4. tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin
koordinatları və ünvanı (mövcud olduqda);
2.2.5. tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və
yararsız);
2.2.6. tikilinin kateqoriyası (sökülməsi qadağan edilən,
sökülməsinə
rəy tələb olunan və sökülməsi mümkün olan);
2.2.7. tikilinin ümumi sahəsi;
2.2.8. tikinti sahəsi;
2.2.9. tikilinin mərtəbəliliyi (mövcud olduqda);
2.2.10. tikilinin fotoşəkilləri;
2.2.11. inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi,
təkrar
olunmayan inventar nömrəsi;
2.2.12. qeydlər.
2.3. Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil
edilir:
2.3.1. söküntü niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi;
4. tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar
(sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu
halda):
- rəyləri təqdim edən orqan (qurum);
- rəylərin təqdim edilmə tarixi;
- rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
5. söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının
məlumatı;
2.3.2. tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi.
2.4. Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə
münasibətdə
müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər
tikinti
obyektlərinə münasibətdə isə istismara icazə məlumatları,
həmçinin
söküntülər barədə məlumatlar daxil edilir.
2.5. Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid
edilmiş
tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya
resursu
tərəfindən qəbul edilmir.
3. Tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü
barədə məlumatların Reyestrə daxil edilməsi qaydası
3.1. Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və
söküntü
işlərinin aparılmasını nəzərdə tutan dövlət orqanı (qurumu) (bundan
sonra –
qurum) dəyişiklik (məsələn, yenidənqurma, bərpa, təmir işləri) və
söküntü
niyyətinin Reyestrdə əks olunması məqsədilə elektron informasiya
resursu
vasitəsilə aşağıda qeyd olunan qaydada qeydiyyat orqanına müraciət
edir:
3.1.1. tikilidə dəyişiklik niyyəti barədə məlumatın Reyestrə
daxil
edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir,
daha
sonra müvafiq müraciəti Reyestrin 2-ci bölməsinə (2.3.1-ci
yarımbəndin 5-ci
abzası istisna olmaqla) daxil edir;
3.1.2. müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı
olduqda
qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir,
daha sonra
əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü
mümkün olan
tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik
qaydada
qeydiyyat orqanına göndərilir.
3.2. Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına
aid
olduğu təqdirdə isə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində qeyd
olunan
müraciət elektron informasiya resursu vasitəsilə avtomatik
qaydada
Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə
fəaliyyət
göstərən xüsusi nümayəndəsinə, Azərbaycan Respublikasının
Fövqəladə
Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinə və
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə
göndərilir.
3.3. Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini
Reyestrə daxil edirlər. Rəylər aşağıda qeyd olunan məzmunlardan
birində
olmalıdır:
3.3.1. tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;
3.3.2. tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi
göstərilməklə).
3.4. Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin
sökülməsinin
məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik
olaraq
Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş
göndərilir.
3.5. Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat
orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı
haqqında
məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş
(mənfi
rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum
tərəfindən
əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna
bilər.
5
3.6. Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin
söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə
isə
istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra
bu
barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə
tikilinin
inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti
Reyestrin
3-cü bölməsinə daxil edir.
3.7. Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların
sistemə
işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.
4. Reyestrin istifadəçiləri
4.1. Aidiyyəti dövlət orqanlarının (qurumlarının) Reyestrdən
istifadə
edəcək səlahiyyətli əməkdaşları həmin orqanların (qurumların)
qeydiyyat
orqanına yazılı müraciəti əsasında müəyyən edilir.
4.2. Səlahiyyətli əməkdaşlar Reyestrə daxil olarkən qeydiyyat
orqanı
tərəfindən verilən xüsusi qorunan şifrə və istifadəçi adı ilə təmin
edilirlər.
5. Reyestrdəki məlumatların mühafizəsi
5.1. Reyestrdə saxlanılan məlumatların əldə olunması, emalı,
ötürülməsi və ya istifadəsi qanunvericilikdə nəzərdə tutulmuş
qaydada
həyata keçirilir.
6. Reyestrdəki məlumatlara düzəliş
6.1. Qeydiyyat orqanı Reyestrdə saxlanılan məlumatlarda hər
hansı
səhv aşkar etdiyi təqdirdə, 1 (bir) iş günü müddətində həmin səhvin
aradan
qaldırılmasını təmin etməlidir.