...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Srebrenitsa və 31 Mart Soyqırımı ilə bağlı konfrans keçirəcək

Siyasət Materials 29 Mart 2022 09:20 (UTC +04:00)

Bakı. Trend:

Srebrenitsa Memorial mərkəzi, Sarayeva Müştərək Cəmiyyətlər və Dəyərlər fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi martın 31-də hibrid formatda "yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses" adlı konfrans təşkil edəcəkdir.

Bu tədbir iki tarixi hadisəni birləşdirir 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasimi keçirilmişdir, o cümlədən Azərbaycanda 1918-ci il mart soyqırımı qeyd olunur. Erməni qüvvələri bolşeviklərlə birgə 50 minə yaxın azərbaycanlının həyatına son qoyub.

Konfrans anım institutlarının təşkili və yaradılması, fəallıq, şəxsi əşyaların və sənədlərin mühafizəsi və toplanması, bu istiqamətdə çalışan beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmaq, soyqırımının inkarı və insanlıq əleyhinə cinayətlərin inkarına qarşı prosesin qurulması kimi əhəmiyyətli mevzuları müzakirə edəcəkdir. Qərar qəbul edənlər cinayətləri və cinayətkarları pisləyən qanun layihələri, bəyannamələr və ya qətnamələr hazırladıqları zaman mühüm element də milli və beynəlxalq liderlər arasında sinerjinin yaradılmasıdır.
Ukraynanın hazırkı işğalı da konfransın diqqət mərkəzindədir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi nüfuzlu sabiq liderlər bütün sülh təşəbbüsləri üçün vacibdir, istər anım olsun, istər ədalətin təbliğu olsun. Soyqırımda və bəşəriyyətə qarşı cinayətlərdə həlak olanların xatirəsinin yad edilməsinin gələcək fəlakətlərin qarşısını alacağı ümidi ilə zorakılığın yolverilməz olduğunu və qurbanları heç vaxt unudulmaması istiqamətində fəaliyyət planı hazırlanacaq.

Yekaterina Yuşşenko, Ukraynanın sabiq birinci xanımı; Zlatko Laqumdziya, Bosniya və Herseqovinanın sabiq Baş naziri; Eka Tkeşelaşvil, Gürcüstan Baş nazirinin sabiq müavini; Yadranka Kosor, Xorvatiyanın sabiq baş naziri; Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov çıxış edənlər arasında olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti