...

BMT-nin Baş katibi Ramazan ayı ilə bağlı videomüraciət ünvanlayıb

Siyasət Materials 1 Aprel 2022 15:20 (UTC +04:00)
BMT-nin Baş katibi Ramazan ayı ilə bağlı videomüraciət ünvanlayıb

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə əlaqədar videomüraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularımı çatdırıram.

Bu, mərhəmət və şəfqət ayıdır. Düşünmək və öyrənmək zamanıdır. Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək imkanıdır.

Qaçqınlar üzrə Ali Komissar kimi başladığım ənənəni Baş katib olandan sonra da böyük qürurla davam etdirirəm.

Hər Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail olurdum.

Təəssüf ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi. Lakin şadam ki, bu ənənəni bu il bərpa edəcəyəm.

Faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və qorxu ilə üzləşən hər kəsi yad edirəm.

Müqəddəs Quranda da yazıldığı kimi, Allah bir-birimizi tanıyaq deyə xalqları və qəbilələri yaradıb.

Bu müqəddəs ayda və hər gün, bütün qadınların və kişilərin təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib çalışaq.

Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq.

Ramazan ayınız mübarək!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti