...

Azərbaycanla Gürcüstan arasında sərhəd buraxılış məntəqələri barədə Saziş təsdiqləndi

Siyasət Materials 14 Aprel 2022 15:38 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti