...

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Siyasət Materials 19 Aprel 2022 12:56 (UTC +04:00)
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Trend-i buradan izləyin

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti