...

BMT baş katibi Quterreş Türkiyəyə səfər edəcək

Siyasət Materials 24 Aprel 2022 06:52 (UTC +04:00)
BMT baş katibi Quterreş Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə təşkilatın şənbə günü yaydığı bəyanatda bildirilir.

Məlumatda bildirilir ki, A. Quterreş bazar ertəsi Türkiyə paytaxtına səfər edəcək və burada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də bildirmişdir ki, Türkiyə Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün dəyərli vasitəçidir.

Xatırladaq ki, daha əvvəl BMT baş katibin Rusiya və Ukraynaya səfər edəcəyi barədə məlumat yaymışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti