...

Finlandiya və İsveç tez bir zamanda NATO-ya üzv ola bilər - baş katib

Siyasət Materials 29 Aprel 2022 01:42 (UTC +04:00)
Finlandiya və İsveç tez bir zamanda NATO-ya üzv ola bilər - baş katib

Bakı. Trend:

Finlandiya və İsveç tezliklə NATO-ya qoşula bilər.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, keçirilən rəy sorğuları hər iki ölkənin alyansa üzv olmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

"Əslində, bu onların öz qərarlarıdır. Lakin müraciət etmək qərarına gəlsələr, Finlandiya və İsveç "isti" qarşılanacaq və mən bu prosesin tez getməsini gözləyirəm", - Y. Stoltenberq qeyd edib.

Qeyd edək ki, Finlandiya və İsveçdə NATO-ya üzvlük üçün ictimai dəstək rekord həddə çatıb, adıçəkilən ölkələrin may ayında üzvlüklə bağlı müraciət etmə ehtimalı yüksəkdir.

Sorğular göstərib ki, hazırda isveçlilərin və finlərin əksəriyyəti hərbi alyansa qoşulmağın tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti