...

Prezident İlham Əliyev: Türkiyə bu gün böyük güc mərkəzinə çevrilib

Siyasət Materials 14 May 2022 16:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Türkiyə bu gün böyük güc mərkəzinə çevrilib

Bakı. Trend:

Türkiyə bu gün böyük güc mərkəzinə çevrilib.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı deyib: "Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti