...

Diplomatlar Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar (FOTO)

Siyasət Materials 31 May 2022 13:43 (UTC +04:00)
Diplomatlar Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.

Trend-in müxbiri xəbər verir ki, qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı.

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti