Bakı. Trend:
Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar öz praktikliyi və realist mahiyyəti baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər yaradır.
Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Ötən ay Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların icrası hansı səviyyədədir? İyul və ya avqustda Brüsseldə təkrar görüş mümkün görünürmü?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ramil Həsən (Milli Məclisin deputatı), Rufiz Hafizoğlu (Trend BİA-nın direktor müavini) və Fuad Çiraqov (BMTM-in şöbə müdiri) mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: