...

ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan, Ermənistan və Gürcüstanla işləməyə sadiqdir - Karen Donfrid

Siyasət Materials 16 İyun 2022 18:38 (UTC +04:00)
ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan, Ermənistan və Gürcüstanla işləməyə sadiqdir - Karen Donfrid

Bakı. Trend:

ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan, eləcə də Gürcüstanla işləməyə sadiqdir.

Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

"Bu, mənim Azərbaycana ilk səfərimdir. Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. İqtisadiyyat, enerji, təhlükəsizlik sahələrində birgə işləyirik və insan hüquqlarına xüsusi diqqət yetiririk. Hesab edirəm ki, indi unikal məqamdır, Cənubi Qafqazda sülh üçün müsbət impulslar var", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti