...

Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 17 İyun 2022 12:00 (UTC +04:00)
Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti