...

Lavrovun Azərbaycana səfər gündəliyi açıqlanıb

Siyasət Materials 22 İyun 2022 12:53 (UTC +04:00)
Lavrovun Azərbaycana səfər gündəliyi açıqlanıb

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.

Trend-in məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı nazirin səfərinin gündəliyini açıqlayıb.

Onun sözlərinə görə, S.Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.

M.Zaxarova qeyd edib ki, xüsusi diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəldiləcək.

"Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının bütün kompleks məsələləri nəzərdən keçiriləcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti