...

Bakı konfransının iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

Siyasət Materials 2 İyul 2022 11:10 (UTC +04:00)
Bakı konfransının iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

Bakı. Trend:

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Trend-in məlumatına görə, Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti