...

Ərdoğan Putinlə danışdı: Taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır

Siyasət Materials 11 İyul 2022 17:18 (UTC +04:00)
Ərdoğan Putinlə danışdı: Taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır

Bakı. Trend:

Qara dəniz bölgəsində taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır.

Trend Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı Suriyadakı vəziyyət, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə edilib.

Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını bildirib.

Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti