Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, səfər iyulun 19-da planlaşdırılıb.
Səfər çərçivəsində V.Putinin iranlı həmkarı İbrahim Rəisi ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.