...

Türkiyədə PKK terrorçularının liderlərindən biri məhv edilib

Siyasət Materials 13 İyul 2022 07:18 (UTC +04:00)
Türkiyədə PKK terrorçularının liderlərindən biri məhv edilib

Bakı. Trend:

"Eren Abluka-2" əməliyyatı zamanı Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan PKK terrorçusu “yüksək rütbəli” terrorçunun öldürüldüyünü etiraf edib.

Trend-in məlumatına görə, Hakkari vilayətində Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu ifadəsində “yüksək rütbəli” PKK terrorçusu, “Bager Erdal” ləqəbli Rıdvan Alkanın antiterror əməliyyatı zamanı öldürüldüyünü bildirib. O, qeyd edib ki, R.Alkanın ölümünün digər terrorçular arasında çaxnaşma yaranmasın deyə onlardan gizli saxlanılıb.

Təslim olan terrorçu bildirib ki, R.Alkan 19 avqust 2021-ci ildə Yüksekova rayonunda həyata keçirilən əks-terror əməliyyatı zamanı məhv edilən 8 terrorçu arasında olub.

O, Dağlıc, Aktütün, Ağacdibi və Yeşiltaş rayonlarında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların təşkilatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti