...

YAP Xəzər rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 15 İyul 2022 20:35 (UTC +04:00)
YAP Xəzər rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaradılmasının 29 illiyi münasibətilə keçirilən tədbir ulu öndər Heydər Əliyevin təşkilatın qərargahındakı büstünün önünə gül-çiçək dəstələri qoyması ilə başlandı.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon təşkilatının sədri Namiq Əhmədov tədbiri açıq elan etdi.

O, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıb, partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın tarixinin ən şanlı günlərini yaşadığını bildirdi. Xəzər rayon icra hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Azərbaycan Respublikasının Baş Nazirinin müavininin köməkçisi İsgəndər Mustafayev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının yaradılmasında rol oynayan partiya veteranları Yeni Azərbaycan Partiyasının formalaşmasından, ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətindən, partiyanın 29 ildə ölkədə keçirilən bütün seçkilərdə qələbəsindən, son 19 ildə Prezident, YAP sədri cənab İlham Əliyevin fəaliyyəti sayəsində partiyanın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açdılar. Qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının qazandığı bütün uğurlar xalqın bu təşkilata olan inamından irəli gəlmişdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri olub. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir.

Həmçinin, qeyd edildi ki, 29 ildir fəaliyyət göstərən YAP Xəzər rayon təşkilatı partiyanın yerli strukturları arasında fəallığı ilə seçilir. Sonda YAP Xəzər rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxs diplomla təltif olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti