...

Azərbaycan güclü və haqqlı tərəf kimi bölgədə sülhə və təhlükəsizliyə hökmən nail olacaq - Sahil Kərimli (FOTO/VİDEO)

Siyasət Materials 21 İyul 2022 15:34 (UTC +04:00)
Azərbaycan güclü və haqqlı tərəf kimi bölgədə sülhə və təhlükəsizliyə hökmən nail olacaq - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməl etməməklə bir daha öz xislətini göstərir. Rüsvayçı kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi hazırkı qeyri-konstruktiv mövqeyi ilə yenidən ölkəsini uçuruma sürükləyir. İstənilən halda zaman yenə də Azərbaycanın xeyrinə işləyir və sonunda qazanan tərəf yenə biz olacağıq. Çünki, Azərbaycan haqqlı, eyni zamanda güclü tərəfdir və nəyin bahasına olursa olsun, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsinə nail olacaq.

Bunu Yeni TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib. O, əlavə edib ki, üçtərəfli bəyanatın icrasının uzanmasına görə Rusiya tərəfi də məsuliyyət daşıyır: “Çünki, bəyanata Rusiya da imza atıb. Əsas məqamlardan biri qanunsuz erməni silahlı birləşməslərinin suveren Azərbaycan ərazilərindən çıxarılmasıdır. Amma prosesin süni şəkildə uzadılması təəssüf doğurur. Azərbaycan dövləti dəfələrlə qətiyyətli mövqeyini ortaya qoyub. Silahlı dəstələrin çıxarılması, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xəttlərinin işə düşməsi istiqamətində Ermənistan qarşısında haqqlı tələblər qoyulub. Lakin, hələlik rəsmi İrəvan heç bir konstruktiv addım atmır. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, biz daha 30 il gözləmək niyyətində deyilik. Əgər Ermənistan bu yolla davam edərsə, layiqli cavabını alacaq. İstər siyasi müstəvidə, istərsə də hərbi. Buna heç kimdə şübhə yoxdur”.

S.Kərimli, həmçinin bildirib ki, Azərbaycan dövləti Qələbədən sonra diz çökmüş Ermənistana sülh təklif etməklə çox böyük humanistlik nümayiş etdirdi: Biz qalib tərəfik, Ermnistan isə məğlub. Azərbaycan keçmiş səhifələri qapatmaq, gələcəyə doğru baxmaq, mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev bölgədə uzunmüddətli sülhün və təhlükəsziliyin bərqərar olmasına çalışır. Biz Ermənistana sülh mesajı veririk. Prosesin normallaşmasının bir yolu var. Vaxt itirmədən öhdəliklərə əməl etmək, sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq, sülh müqaviləsi imzalamaq, kommunikasiyaları açmaq”.

S.Kərimli onu da əlavə edib ki, hazırda Qarabağda müvəqqəi xidmət aparan Rusiya sülhməramlılarının fəaliyyətindəki boşluqlar da bəzi hallarda təəssüf doğurur: “Sülhməramlılar bölgədə təhlükəsizliyin qorunmasına cavabdehdir. Amma görəndə ki, sülhməramlıların hərbi avtomobilləri ilə qanunsuz silah-sursat daşınır, onların missiyası şübhə alıtına düşür. Bu kimi hallar birmənalı olaraq qəbuledilməzdir. Hərə öz məsuliyyətini anlamalı, üzərinə düşən vəzifəni, götürülən öhdəlikləri layiqincə, vicdanla yerinə yetirməlidir. Azərbaycan dövləti sülhməramlılardan vəziyyəti sabitləşdirməyi, qanunsuz erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılmasına dəstək olmağı gözləyir, durumun daha da gərginləşdirilməsini yox”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti