...

ABŞ uzunmüddətli sülhün qurulması prosesində Azərbaycan və Ermənistana dəstəyini davam etdirir - Dövlət Departamenti

Siyasət Materials 27 İyul 2022 14:59 (UTC +04:00)
ABŞ uzunmüddətli sülhün qurulması prosesində Azərbaycan və Ermənistana dəstəyini davam etdirir - Dövlət Departamenti
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ uzunmüddətli sülhün qurulması prosesində Azərbaycan və Ermənistana dəstəyini davam etdirir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə müəyyən irəliləyiş əldə olunub.

"Hesab edirik ki, bu tendensiyanı Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla daimi təmaslar və diplomatik danışıqlar sayəsində saxlamaq mümkün olacaq. ABŞ-nin yüksəksəviyyəli nümayəndələri köməyimizi tərəflərə təqdim etmək üçün bütün səviyyələrdə öz həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Biz regionda uzunmüddətli və hərtərəfli sülhə can atırıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti