Bakı. Trend:
İstər sosial şəbəkələrdə, istərsə də elektron mediada dövlətin, ordunun mənafeyinə zidd informasiyaların yer alması yolverilməzdir.
Trend-in məlumatına görə, bunu "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında keçirilən tədbirdə deyib.
O qeyd edib ki, əgər kimsə bilərəkdən bunu edirsə, birmənalı şəkildə bu məsələ hüquqi çərçivədə qiymətləndirilməlidir. “Orduya, dövlətə böhtan atan hər birimizə böhtan atır. Hesab edirəm ki, bu məsələdə prinsipial mövqe nümayiş etdirməliyik. Orduya qarşı böhtan atmaq yolverilməzdir. Ona görə də biz bu məsələdə prinsipial olmalıyıq və bu cür halların qarşısı birmənalı şəkildə alınmalıdır”, - deyə o əlavə edib.