...

Pakistan Azərbaycanın regionda sabitliyə nail olmaq istəyini dəstəkləyir - səfir (FOTO)

Siyasət Materials 14 Avqust 2022 11:18 (UTC +04:00)
Pakistan Azərbaycanın regionda sabitliyə nail olmaq istəyini dəstəkləyir - səfir (FOTO)

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Azərbaycanın regionda sabitliyə nail olmaq istəyini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Pakistanın müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə deyib.

Səfir bildirib ki, Azərbaycan ilə Pakistan arasında əlaqələr ən yüksək səviyyədə inkişaf edir və bir çox sahələri əhatə edir.

"Mən çox şadam ki, bu gün Pakistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsində Azərbaycandan olan çoxlu sayda dostlarımız da iştirak edir", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Pakistan və Azərbaycan iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər açır.

"Hazırda Azərbaycan və Pakistan arasında 4 müntəzəm aviareys həyata keçirilir. Bir həftə ərzində minə yaxın pakistanlı Azərbaycana gəlir. Bu, Azərbaycanda turizmin inkişafına, həmçinin iki ölkə arasında yeni işgüzar əlaqələrin inkişafına töhfə verir", - deyə B.Hayee bildirib.

Səfir qeyd edib ki, Pakistan Azərbaycanın regionda sabitliyə nail olmaq istəyini dəstəkləyir.

"Azərbaycan regionda sabitliyə, sülhə və firavanlığa nail olmağa çalışır. Biz hesab edirik ki, sülhün alternativi yoxdur. Sülh təkcə qonşu ölkələr üçün deyil, bütün region və beynəlxalq ictimaiyyət üçün vacibdir", - deyə B.Hayee bildirib.

Pakistanın müstəqilliyin qeyd olunmasının 75-ci ildönümü şərəfinə ölkənin bayrağı təntənəli şəkildə qaldırılıb, Pakistan prezidentinin və baş nazirinin təbrik məktubları oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti