...

Britaniyada enerji böhranı bir neçə il davam edəcək - Tras

Siyasət Materials 26 Avqust 2022 05:07 (UTC +04:00)
Britaniyada enerji böhranı bir neçə il davam edəcək - Tras

Bakı. Trend:

Böyük Britaniyada enerji böhranı bir neçə il davam edəcək, problemlərin həlli hökumətdən kəskin tədbirlər tələb edəcək.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Tras deyib.

"Əgər insanlar problemin altı ay ərzində həll olunacağını düşünürlərsə, deməli yanılırlar. Bu, uzunmüddətli problemdir", - Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Norviçdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə deyib.

Trasın sözlərinə görə, Rusiya karbohidrogenlərindən imtina fonunda Böyük Britaniya Şimal dənizində yeni neft və qaz yataqlarının işlənməsini bərpa etməli və bərpa olunan enerji mənbələrinə daha fəal keçməlidir.

O, əlavə edib ki, baş nazir seçilərsə, vergiləri azaltmaqla və biznes fəaliyyəti üçün daha əlverişli mühit yaratmaqla Britaniya iqtisadiyyatını dirçəltməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti