...

Avstriya mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatları barədə xəbər dərc edib

Siyasət Materials 13 Sentyabr 2022 15:12 (UTC +04:00)
Avstriya mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatları barədə xəbər dərc edib

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat Avstriyanın Dasfazit.at onlayn qəzeti tərəfindən ətraflı işıqlandırılıb.

Trend-in məlumatına görə, Avstriya nəşri Azərbaycan Müdafiə Nazirliyinə istinad edərək yazıb ki, Ermənistan silahlı qüvvələri sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Həmçinin, qeyd olunur ki, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Məqalədə vurğulanır ki, Azərbaycan tərəfi ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi məqsədilə qəti cavab tədbirləri görüb. Bildirilib ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin təxribatçı halları intensiv və sistematik xarakter daşıyıb.

Həmçinin, nəşr Müdafiə Nazirliyinə istinad edərək qeyd edib ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bundan başqa, qəzet Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazovun sözlərini sitat gətirərək yazıb ki, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti