...

Azərbaycan-Ermənistan sərhədində gərginlik qalmaqdadır - Peskov

Siyasət Materials 14 Sentyabr 2022 15:01 (UTC +04:00)
Azərbaycan-Ermənistan sərhədində gərginlik qalmaqdadır - Peskov

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhəddə gərginlik qalmaqdadır.

Trend-in məlumatına görə, bunu Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

"Sözsüz ki, gərginlik davam edir", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində toqquşma baş verib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti